XƏBƏR
10:42

  "Azərbaycan Dəmir Yolları" Bakı-Sumqayıt qatarını gecikdirən SƏBƏBİ açıqladı

Gündəm

Xəbər lenti
Bakı-Sumqayıt-Bakı qatarının hərəkətində ləngimə yaranıb.

Agyol.az xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən (QSC) bildiriblər.

Gecikməyə səbəb Keşlə stansiyasında yan qidalandırıcı xətdə texniki nasazlıq olub:

"Bu gün Keşlə stansiyasında yan qidalandırıcı xətdə texniki nasazlıq yarandığından Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkətində qısa ləngimə olub. Nəticədə 6008 və 6010 saylı qatarlar qrafikdən çıxıb. Operativ tədbirlər nəticəsində 25 dəqiqə ərzində nasazlıq aradan qaldırılıb. Hazırda Bakı-Sumqayıt-Bakı marşrutu ilə elektrik qatarları cədvəl üzrə hərəkət edir".




  Yayım tarixi :03 Oktyabr 2019   10:42

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .