XƏBƏR
10:14

  Azərbaycan məhsulları Almaniyada nümayiş olunacaq

Gündəm

Xəbər lenti

5-9 oktyabr tarixlərində Almaniyanın Köln şəhərində “Anuga 2019” beynəlxalq ərzaq sərgisi keçiriləcək.

Agyol.az xəbər verir ki, İqtisadiyyat Nazirliyindən bildirilib ki, sərgidə Azərbaycan qida sənayesi məhsulları istehsalı ilə məşğul olan 18 yerli şirkətlə təmsil olunacaq.

Qeyd edək ki, “Anuga 2019” dünyanın ən böyük ərzaq sərgilərindəndir. Sərgidə hər il dünyanın 100-dən çox ölkəsindən şirkətlər təmsil olunur.




  Yayım tarixi :03 Oktyabr 2019   10:14

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .