XƏBƏR
20:27

  Azərbaycan Prezidenti koreyalı həmkarını təbrik edib

Gündəm

Xəbər lenti

Prezident İlham Əliyev Koreya Prezidenti Mun Ce-inə təbrik məktubu göndərib.

Agyol.az xəbər verir ki, təbrikdə deyilir: "Hörmətli cənab Prezident, ölkənizin milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan Respublikası ilə Koreya Respublikası arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza daim sülh və rifah diləyirəm".




  Yayım tarixi :02 Oktyabr 2019   20:27

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .