XƏBƏR
20:21

  Prezident İlham Əliyev Frank-Valter Ştaynmayeri təbrik edib

Gündəm

Xəbər lenti

Prezident İlham Əliyev Almaniya Prezidenti Frank-Valter Ştaynmayerə təbrik məktubu göndərib.

Agyol.az xəbər verir ki, təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Almaniya Federativ Respublikasının milli bayramı – Alman Birliyi Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Azərbaycan-Almaniya əlaqələri geniş spektri əhatə edir. Ölkələrimiz arasında konstruktiv siyasi dialoq, səmərəli iqtisadi əməkdaşlıq və humanitar mübadilələr qarşılıqlı münasibətlərimizi səciyyələndirən mühüm amillərdəndir.

İnanıram ki, ikitərəfli və çoxtərəfli müstəvidə əməkdaşlığımız bundan sonra da davamlı şəkildə inkişaf edərək ölkələrimiz və xalqlarımız üçün hər cəhətdən faydalı olacaqdır.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Almaniya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".




  Yayım tarixi :02 Oktyabr 2019   20:21

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .