XƏBƏR
17:34

  Azərbaycan və Almaniya Müdafiə nazirlikləri arasında ikitərəfli danışıqlar keçirilib

Gündəm

Xəbər lenti

“Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Almaniya Federativ Respublikası Federal Müdafiə Nazirliyi arasında 2019-cu il üçün ikitərəfli əməkdaşlıq Proqramı”na uyğun olaraq Bakı şəhərində hər iki ölkənin müdafiə nazirlikləri arasında danışıqlar keçirilib.

Agyol.az xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, görüşdə ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın mövcud vəziyyəti, inkişaf perspektivləri, hərbi təlim və təhsil üzrə əməkdaşlıq fəaliyyətləri müzakirə olunub, eləcə də regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb.




  Yayım tarixi :02 Oktyabr 2019   17:34

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .