XƏBƏR
17:09

  Azərbaycan millisinin Bəhreyn və Macarıstan ilə oyunlar üçün heyəti açıqlanıb

Gündəm

Xəbər lenti

Futbol üzrə Azərbaycan millisi oktyabrın 6-7-də Bakıda, 8-9-da Bəhreyndə, ayın 10-dan 13-dək Macarıstanda təlim-məşq toplanışında olacaq. Oktyabrın 9-da Bəhreynlə beynəlxalq yoldaşlıq oyunu keçirəcək, oktyabrın 13-də isə “Avro 2020”nin seçmə qrup mərhələsi çərçivəsində Macarıstanla qarşılaşacaq yığmamızın heyəti açıqlanıb.


Agyol.az xəbər verir ki, AFFA-ya istinadla xəbər verir ki, heyətə Səlahət Ağayev (“Neftçi”), Emil Balayev (“Tobol”, Qazaxıstan), Şahruddin Məhəmmədəliyev (“Qarabağ”), Şəhriyar Əliyev (“Sumqayıt”), Ömər Buludov (“Neftçi”), Abbas Hüseynov, Bədavi Hüseynov (hər ikisi “Qarabağ”), Pavel Paşayev (“Oleksandriya”, Ukrayna), Şəhriyar Rəhimov (“Səbail”), Təmkin Xəlilzadə, Bəhlul Mustafazadə (hər ikisi “Sabah”), Qara Qarayev, Riçard Almeyda (hər ikisi “Qarabağ”), Emin Mahmudov (“Neftçi”), Eddi İsrafilov (“Albasete”, İspaniya), Cavid Hüseynov (“Zirə”), Rəşad Eyubov (“Sabah”), Mahir Emreli, Araz Abdullayev (hər ikisi “Qarabağ”), Ramil Şeydayev (“Dinamo Moskva”, Rusiya), Rüfət Dadaşov (“Proysen Münster”, Almaniya), Renat Dadaşov

(“Pakuş de Fereyra”, Portuqaliya) və Ağabala Ramazanov (“Səbail”) dəvət olunublar.




  Yayım tarixi :02 Oktyabr 2019   17:09

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .