XƏBƏR
14:13

  Bu gün “Qəbələ” APOEL-lə qarşılaşacaq

Gündəm

Xəbər lenti

Bu gün UEFA Gənclər Liqasında təmsilçimiz “Qəbələ” ilk oyununu keçirəcək.

Agyol.az xəbər verir ki, Kiprin APOEL komandasına qarşı keçiriləcək oyunu Qazaxıstandan olan hakimlər idarə edəcək.

Görüş Nikosiyada “Makarion” stadionunda saat 18:00-da başlayacaq. Baş hakim Furkat Atacanov, Baş hakimin köməkçiləri Denis Labaşov və Sergey Kalaçov. Hakimlər briqadası Qazaxıstandandır.

Qeyd edək ki, “Qəbələ” - APOEL qarşılaşması UEFA Gənclər Liqasının I mərhələsinin ilk oyunudur.




  Yayım tarixi :02 Oktyabr 2019   14:13

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .