XƏBƏR
17:28

  Sona Vəliyevanın romanı Rusiyada nəşr edilib

Gündəm

Xəbər lenti
Agyol.az xəbər verir ki, Rusiyanın çox məşhur "Xudojestvennaya literatura” nəşriyyatına tanınmış yazıçı Sona Vəliyevanın görkəmli Azərbaycan maarifçisi Həsən bəy Zərdabinin ömür yoluna həsr edilmiş "İşığa gedən yol” romanı  rus dilində nəşr olunub. Romanı rus dilinə Nadejda Qafarova çevirib. Kitabın redaktoru P.Orlovadır.  Kitaba "ön söz”ü "Yaradıcı mütəfəkkir” nəşriyyatının baş redaktoru, akademik, Rus Dili və Ədəbiyyatı Akademiyasının vitse-prezidenti, Rusiya Yazıçılar İttifaqının katibi Georgi Pryaxin yazıb. 




  Yayım tarixi :01 Oktyabr 2019   17:28

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .