XƏBƏR
15:07

  Putin Xəzər Konvensiyasının ratifikasiyası haqqında qanunu imzaladı

Gündəm

Xəbər lenti

Rusiya Prezidenti Vladimir Putin “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiyanı ratifikasiya edən qanunu imzalayıb. 

Agyol.az xəbər verir ki, bununla bağlı məlumat Kremlin rəsmi saytında dərc olunub. 

Qanunla Xəzər dənizindən kollektiv istifadə qaydaları, dənizin dibinin sektorlara ayrılması, sualtı kabellərin və boru kəmərlərinin çəkilməsinin şərtləri və sahil dövlətləri arasında əməkdaşlığın digər məsələləri müəyyən edilib.

Xatırladaq ki, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya 2018-ci ilin avqust ayında Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan tərəfindən imzalanıb.

Bundan əvvəl, Rusiya Dövlət Duması və Rusiya Federasiya Şurası “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiyanı təsdiqləyib.




  Yayım tarixi :01 Oktyabr 2019   15:07

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .