XƏBƏR
14:46

  YAP Beynəlxalq Ahıllar Günü münasibətilə Bilgəhdəki sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib

Gündəm

Xəbər lenti
Yeni Azərbaycan Partiyasının (YAP) rəhbərliyi 1 oktyabr - Beynəlxalq Ahıllar Günü münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bilgəh qəsəbəsində yerləşən Müharibə və əmək əlilləri üçün pansionatında olub.

Agyol.az xəbər verir ki, pansionatın sakinləri ilə görüşən Baş Nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov bildirib ki, Azərbaycan dövləti, Prezident İlham Əliyev ehtiyacı olan şəxslərə, o cümlədən ahıllara xüsusi diqqət və qayğı ilə yanaşır. Onların rahat yaşaması, ehtiyaclarının ödənməsi üçün lazımi addımlar atılır. Yeni Azərbaycan Partiyası əhalinin müxtəlif təbəqələrinin nümayəndələri ilə, o cümlədən ahıl insanlarla, qocalar evində yaşayanlarla mütəmadi görüşlər keçirir: “Bu qocalar evində YAP olaraq biz, demək olar ki, ildə bir neçə dəfə görüşlər keçiririk, onların problemləri ilə maraqlanırıq, imkan daxilində onların mövcud olan problemlərini öyrənib kömək etməyə çalışırıq”.

Əli Əhmədov onu da qeyd edib ki, bu pansionatın sakinləri üçün lazım olan bütün şərait yaradılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib ki, Prezident İlham Əliyevin uğurlu sosial siyasəti bütün həssas qruplar kimi, tənha ahıl vətəndaşların da rifah halının yaxşılaşdırılması tədbirlərinin güclənməsinə səbəb olub. Dövlətimizin başçısı tərəfindən imzalanan fərman və sərəncamların həssas qruplara dövlət qayğısının əhəmiyyətli şəkildə artmasına imkan verdiyini vurğulayan nazir bildirib ki, eyni zamanda, pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi, pensiya təminatının yaxşılaşdırılması, pensiyaların ciddi şəkildə artırılması istiqamətində də əhəmiyyətli addımlar atılıb.

YAP-ın sədr müavini, AMEA-nın prezidenti Akif Əlizadə ölkə başçısının ahıl insanlara göstərdiyi diqqət və qayğıdan danışaraq bu işlərin bundan sonra da davam etdiriləcəyinə əminliyini bildirib.

Müəssisənin sakinləri onlara göstərilən yüksək qayğıya, sosial müdafiə tədbirlərinin, pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi üçün atılan mühüm addımlara, eyni zamanda, dövlətin himayəsində yaşayan ahıl insanlar üçün yaradılan şəraitə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, YAP icra katibinin müavinləri - Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev görüşdə iştirak ediblər.

Tədbir bədii hissə ilə davam edib.




  Yayım tarixi :01 Oktyabr 2019   14:46

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .