XƏBƏR
13:10

  Vüqar Səfərli: Jurnalistlər üçün inşa edilmiş ikinci binanın sənədləşmə prosesi tam başa çatıb (ÖZƏL)

Gündəm

Xəbər lenti

Jurnalistlər üçün inşa edilmiş ikinci binanın sənədləşmə prosesi tam başa çatıb.

Agyol.az xəbər verir ki, bunu özəl açıqlamasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli deyib.

Onun sözlərinə görə, oktyabrın 2-si saat 10:00-dan etibarən həmin binada mənzillərə çıxarışların ("kupça") verilməsi üçün sənədlərin qəbuluna başlanılacaq: "Məlumat üçün bildirim ki, Əmlak Məsələləri Dövlət Komitəsi, notariat kontoru və Fondun əməkdaşlarından ibarət heyət mənzillərə çıxarışların verilməsi üçün sənədləşmə işlərini aparacaqlar".

Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 2 oktyabr tarixində, saat 10:00-da ölkə başçısı cənab İlham Əliyevin 2013-cü il 22 iyul tarixli Sərəncamı ilə jurnalistlər üçün inşa edilmiş və onların mülkiyyətinə verilmiş ikinci binada səyyar qeydiyyat xidməti göstəriləcək.

Jurnalistlərin mənzillərinə dair elektron çıxarışın hazırlanması üçün ilkin sənədlər toplanacaq.

Tədbir oktyabrın 2-si saat 10:00-da Bakı, Yeni Salyan yolunda yerləşən, jurnalistlərə verilən ikinci binanın həyətində baş tutacaq.




  Yayım tarixi :01 Oktyabr 2019   13:10

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .