XƏBƏR
10:41

  Çində ölkə tarixində ən böyük hərbi parad keçirilir

Gündəm

Xəbər lenti

Çin Xalq Respublikasının (ÇXR) yaranmasının 70-ci ildönümü münasibətilə oktyabrın 1-də Pekində Tiananmen meydanında hərbi parad keçirilir.


Agyol.az xəbər verir ki, ölkənin və dünyanın ən böyük meydanlarından biri hesab olunan Tiananmendə keçirilən parada Çin silahlı qüvvələrinin müxtəlif birləşmələrindən, ümumilikdə, 15 min hərbçi, habelə 160 təyyarə, 580 hərbi texnika cəlb olunub. Bu, Çin tarixində indiyədək milli gün münasibətilə keçirilmiş 14 və 2015-ci ildə İkinci Dünya müharibəsində qələbənin 70 illiyi ilə bağlı təşkil olunmuş hərbi paraddan da böyükdür. Bu, həm də 2015-ci ildə Çin ordusunda islahatların başlanmasından sonra təşkil olunan ilk hərbi paraddır.

Hərbi paraddan sonra təxminən 100 min mülki şəxsin Tiananmen meydanından keçidi olacaq.

Mərasimi meydanda 30 min nəfər izləyir. Bundan başqa, parad televiziya ilə də canlı yayımlanır.




  Yayım tarixi :01 Oktyabr 2019   10:41

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .