XƏBƏR
12:50

  Azərbaycanın ən ağırçəkili cüdoçusu Lüksemburqda qızıl medal qazanıb

Gündəm

Xəbər lenti

Lüksemburqda keçirilən cüdo üzrə Avropa açıq kuboku yarışı başa çatıb. 

Agyol.az xəbər verir ki, beynəlxalq turnirin son günü Azərbaycan cüdoçuları daha iki medal qazanıb. 

Kişilər arasında +100 kq çəki dərəcəsində mübarizə aparan İmran Yusifov bütün rəqiblərinə qalib gələrək qızıl medala layiq görülüb.

Daha bir təmsilçimiz Aslan Mirzəyev (-100 kq) Avropa kubokunun bürünc medalına sahib olub.

Beləliklə milli komandamızın üzvləri Lüksemburq yarışında dörd medal (bir qızıl, üç bürünc) qazanıb. Turnurin ilk günü Aleksandra-Larisa Florian (-57 kq) və Rəşad Yelkiyev (-60 kq) III yeri tutmuşdu. 

Qeyd edək ki, Lüksemburq turnirində 47 ölkədən 358 cüdoçu yarışıb.




  Yayım tarixi :30 Sentyabr 2019   12:50

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .