XƏBƏR
12:10

  Əli Kərimli Azərbaycan qadınlarından üzr istəməlidir - Məlahət İbrahimqızı

Gündəm

Xəbər lenti

Bir qadına qarşı törədilən şiddət, qəddarlıq dünya qadınlarına qarşı zorakılıqdır

AXCP sədrinin müavini Fuad Qəhrəmanlının ailəsində baş verən hadisə bir daha göstərdi ki, Əli Kərimli və onun ətrafı şiddəti və qəddarlığı dəstəkləyir. Bu isə ona dəlalət edir ki, Əli Kərimli öz məqsədlərinə çatmaq üçün ən qəddar metodlardan istifadə edə və hətta öz yaxınlarını qurban verə bilər.

Bu sözləri deyən Millət vəkili Məlahət İbrahimqızı bildirib ki, beynəlxalq sənədlərdə qadına qarşı işgəncə, şiddət və qəddarlıq cinayət kimi qəbul olunur:

"Beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərdə birbaşa göstərirlir ki, bir qadına qarşı törədilən şiddət, qəddarlıq dünya qadınlarına qarşı zorakılıqdır. Konkret faktda isə qadına qarşı zorakılığı hakimiyyət iddiasında olan şəxs törədib. Yəni, əgər Əli Kərimli prezident olmaq niyyətindədirsə, yəqin ki, Fuad Qəhrəmanlı baş nazir-zad olmaq arzusunda olar. Belə bir vəzifə arzusunda olan şəxsin qadına qarşı zorakılıq törətməsi heç şübhəsiz ki, cinayətdir və məsuliyyət yaradır".

Onun sözlərinə görə, bu cinayəti görərək gizlədən də məsuliyyət daşımalıdır: "Doğma övladının dizini qıran, həyat yoldaşına işgəncə verən şəxsin hansı hakimiyyət iddiası ola bilər? Bir var hansısa cinayəti sıradan olan vətəndaş, bir də var ki, beynəlxalq və yerli qanunvericilikdən xəbəri olan, hakimiyyətə gəlmək uğrunda mübarizə aparan şəxs törətsin. Hətta ucqar bir dağ rayonunda məişət zorakılığına yol verildikdə, özümüzü qınayırıq ki, maarifləndirmə işini yaxşı aparmamışıq. Amma vəzifəli adam, özünü "ana müxalifət" hesab edən, hakimiyyətə gəlmək, prezident olmaq istəyən adam qadına qarşı işgəncə törədir, bunu görüb bilənlər isə susur. Deməli, bu insanlar məqsədlərinə çatmaq üçün bütün ətrafını qurban verməyə hazırdırlar. Odur ki, qadına qarşı törədilmiş cinayətə görə Əli Kərimli də cinayət ortağı kimi məsuliyyət daşıyır. Hətta, Fuad Qəhrəmanlının qızının yayımladığı məktubda adı keçən digər şəxslər də eyni məsuliyyəti daşıyırlar. Bu baxımdan onlar ən azından Azərbaycan qadınlarından üzr istəməlidirlər".(Olaylar.az)




  Yayım tarixi :27 Sentyabr 2019   12:10

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .