XƏBƏR
11:30

  Andre Vilye: "Fransa hökuməti deputatların Qarabağa qanunsuz səfəri ilə bağlı izahat verməlidir"

Gündəm

Xəbər lenti

"Fransanın hakim partiyasının deputatlarının Dağlıq Qarabağa qanunsuz səfəri böyük diplomatik səhvdir".  

Agyol.az xəbər verir ki, bunu Fransa Milli Assambleyasının deputatı, Fransa-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Andre Vilye bildirib.

Onun sözlərinə görə, Fransa 20 ildən artıqdır Dağlıq Qarabağ münaqişəsinin həllinə çalışdığı halda, hakim partiya eyni məsələdə fərqli mövqe nümayiş etdirməməlidir: "Bir müddət əvvəl Dağlıq Qarabağdakı separatçı rejimin dəvəti ilə Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edən Fransa Milli Assambleyasının deputatları arasında hakim İrəliləyən Respublika Partiyasından seçilmiş deputatlar da var. Fikrimcə, hakim partiyadan olan deputatların Dağlıq Qarabağa qanunsuz səfəri böyük diplomatik səhvdir. Fransa hökuməti onların Qarabağa qanunsuz səfəri ilə bağlı diplomatik izahat verməlidir". 

A.Vilye deyib ki, hakim partiyanın Fransa dövlətinin 20 ildən artıqdır həllinə səfərbər olduğu bir məsələdə fərqli mövqe nümayiş etdirməsi normal deyil: "Unutmayaq ki, Fransa Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun üzvüdür".




  Yayım tarixi :27 Sentyabr 2019   11:30

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .