XƏBƏR
11:26

  Türkmənistanda Müstəqillik Günü qeyd olunur

Gündəm

Xəbər lenti

Türkmənistanın müstəqilliyinin 28-ci ildönümü bu ölkədə təntənəli şəkildə qeyd olunur.


Agyol.az xəbər verir ki, Müstəqillik Günü çərçivəsində müxtəlif tədbirlər, o cümlədən ölkənin tanınmış incəsənət ustalarının böyük konsert proqramı təşkil olunub.

Türkmənistan Konstitusiyada təsbit olunan neytral hüquqi statusun əsas prinsip və məqsədlərinə əməl edərək ölkənin beynəlxalq nüfuzunu artırır. Bu ölkə BMT, Avropa İttifaqı, Müstəqil Dövlətlər Birliyi, Şanxay Əməkdaşlıq Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq və regional qurumlarla sistemli şəkildə siyasi, iqtisadi və mədəni əlaqələr qurur. Türkmənistan sülh və həmrəyliyi gücləndirmək, qlobal məkanda daxili inkişafı və milli maraqları təmin etmək üçün səylərini birləşdirir.




  Yayım tarixi :27 Sentyabr 2019   11:26

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .