XƏBƏR
10:53

  Nazirlər Kabineti gələn ilin dövlət büdcəsi ilə bağlı layihələri Prezidentə təqdim edəcək

Gündəm

Xəbər lenti

Nazirlər Kabineti "Azərbaycan Respublikasının 2020-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri" və "Azərbaycan Respublikasının 2020-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri"nin birlikdə Azərbaycan Prezidentinə təqdim edilməsi barədə qərar qəbul edib. Agyol.az ın məlumatına görə bununla bağlı Nazirlər Kabineti "Azərbaycan Respublikasının 2020-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri" və "Azərbaycan Respublikasının 2020-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri"nin qərar verib.

Qərarda qeyd edilir ki, "Azərbaycan Respublikasının 2020-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri" və "Azərbaycan Respublikasının 2020-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri" bəyənilsin. Büdcə layihələri "Büdcə sistemi haqqında" qanununun 12-ci maddəsində nəzərdə tutulan digər sənədlərlə birlikdə Azərbaycan Prezidentinə təqdim edilsin.




  Yayım tarixi :27 Sentyabr 2019   10:53

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .