XƏBƏR
10:51

  Bu gün futbol üzrə Azərbaycan çempionatının altıncı turuna start verilir

Gündəm

Xəbər lenti

Sentyabrın 27-də futbol üzrə Azərbaycan Premyer Liqasının altıncı turuna start veriləcək.


Agyol.az xəbər verir ki, turun birinci günündə bir görüş oynanılacaq. Son çempion “Qarabağ” Tofiq Bəhramov adına Respublika Stadionunda “Sumqayıt”la üz-üzə gələcək. Saat 19:00-da başlayacaq görüşü Elçin Məsiyev idarə edəcək.

Sentyabrın 28-də turun ikinci görüşündə “Qəbələ” və “Neftçi” komandaları qarşılaşacaqlar. Saat 17:00-da start götürəcək görüş Qəbələ şəhər stadionunda keçiriləcək. Matçın baş hakimi Kamal Umudlu olacaq.

Sentyabrın 29-da iki qarşılaşma ilə altıncı tura yekun vurulacaq. “ASCO Arena”da “Keşlə” klubu “Zirə”ni, “Sabah” isə “Bank Respublika Arena”da “Səbail”i qəbul edəcək. İlk oyun saat 17:30-da, ikinci isə 19:45-də start götürəcək.

Turun bütün görüşləri “CBC Sport” kanalı ilə birbaşa yayımlanacaq.

Beş turdan sonra turnir cədvəlinə 15 xalla “Qarabağ” klubu başçılıq edir. On xalı olan “Səbail” ikincidir, “Keşlə” və “Zirə” hərəyə 7 xalla üçüncü və dördüncü yerləri bölüşdürülər. Digər pillələrdə müvafiq olaraq, “Sumqayıt” (6 xal), “Neftçi” (5), “Qəbələ” (4) və “Sabah” (2) klubları yer alırlar.




  Yayım tarixi :27 Sentyabr 2019   10:51

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .