XƏBƏR
10:11

  Azərbaycanda yeni bal BRENDi yaradılır - "9 iqlim"

Gündəm

Xəbər lenti

Azərbaycanda yeni bal brendi yaradılır.

Agyol.az xəbər verir ki, bunu Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov bildirib. Onun sözlərinə görə, bu bal ilə artıq xaricdə maraqlanırlar:

"Bildiniz kimi, Azərbaycanda bir sıra bal sortları var. Ancaq hazırda ölkədə yeni bal brendi yaranır, adı isə "9 iqlim"dir. Həmin balın tərkibi 9 regiondan əldə edilən və 9 müxtəlif sortda olan balların birləşməsi olacaq. Yeni brendlə artıq Almaniya maraqlanır və bununla bağlı iki dəfə görüş keçirilib".

B.Həsrətov Aran rayonlarında bal istehsalının getdikcə artdığını da deyib:

"Əvvəllər demək olar, çox insan bilmirdi ki, Aran rayonlarında, hətta Yevlax və Kürdəmirdə arıçılıq ilə məşğul olmaq olar. Son illər həmin ərazilərdə arıçılq böyük sürətlə inkişaf edir. Bir faktı da deyim ki, Yaponiya yalnız Aran rayonlarından əldə olunmuş bal alır".




  Yayım tarixi :27 Sentyabr 2019   10:11

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .