XƏBƏR
17:02

  İstanbulda güclü zəlzələ - 6 bala yaxın

Gündəm

Xəbər lenti

İstanbulda güclü zəlzələ baş verib.

Agyol.az ın məlumatına görə, yeraltı təkanlar 5,8 bal gücündə olub. Məlumata görə, zəlzələ yerin 5 kilometr dərinliyində qeydə alınıb.

Hazırda məktəblərdə dərslərin dayandırıldığı bildirilir. Hər hansı dağıntı və ya insan tələfatı barədə hələlik məlumat yoxdur. Mobil operatorların işində problemlər yaranıb.

Qeyd edək ki, sonuncu dəfə sentyabrın 24-də İstanbulda daha bir güclü zəlzələ olmuşdu, yeraltı təkanlar 4,7 bal gücündə qeydə alınmışdı.





  Yayım tarixi :26 Sentyabr 2019   17:02

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .