XƏBƏR
16:43

  Erməniyə qalib gələn cüdoçumuz dünya birinciliyinin gümüş medalını qazanıb

Gündəm

Xəbər lenti

Qazaxıstanda yeniyetmə cüdoçular arasında keçirilən dünya birinciliyi davam edir.

Agyol.az xəbər verir ki, yarışların ikinci günü Azərbaycan millisi aktivinə bir medal yazdırıb. 60 kq çəki dərəcəsində mübarizə aparan Kamran Süleymanov mundialın gümüş medalını qazanıb. Cüdoçumuz Braziliya, Ukrayna, Ermənistan, Qazaxıstan və Qırğızıstan idmançılarına qalib gələrək finala çıxıb. Kamran həlledici görüşdə yaponiyalı Keiji Çujiokaya uduzaraq dünya birinciliyində 2-ci yeri tutub.

Qeyd edək ki, Qazaxıstanda keçirilən dünya birinciliyində 61 ölkədən 463 cüdoçu mübarizə aparır.




  Yayım tarixi :26 Sentyabr 2019   16:43

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .