XƏBƏR
15:57

  Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirləri oktyabrda Tbilisidə görüşəcəklər

Gündəm

Xəbər lenti

Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin növbəti görüşü oktyabrda Tbilisidə keçiriləcək.


Agyol.az xəbər verir ki, bu barədə Azərbaycanın və Gürcüstanın xarici işlər nazirləri Elmar Məmmədyarov və David Zalkalianinin BMT-nin Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində keçirdikləri görüşdə razılıq əldə olunub.

Görüşdə Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlığının inkişaf perspektivləri, regional məsələlər, o cümlədə irimiqyaslı regional layihələr müzakirə ediləcək.

Məlumat üçün qeyd edək ki, hər üç ölkənin xarici işlər nazirləri arasında sonuncu görüş 2018-ci il oktyabrın 29-da İstanbulda keçirilib.

Məlumata görə, növbəti üçtərəfli görüş oktyabrın 16-na nəzərdə tutulub.




  Yayım tarixi :26 Sentyabr 2019   15:57

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .