XƏBƏR
15:08

  Prezident Administrasiyası: Türkiyə hər zaman Dağlıq Qarabağ məsələsini gündəmdə saxlayacaq (ÖZƏL)

Gündəm

Xəbər lenti

Türkiyə əvvəllər olduğu kimi hər zaman Dağlıq Qarabağ məsələsini gündəmdə saxlayacaq.

Agyol.az xəbər verir ki, bu barədə özəl olaraq Türkiyə Prezident Administrasiyasından bildiriblər.

Qeyd olunub ki, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsindən kənarda həlli qəbulolunmazdır:

“Dağlıq Qarabağ problemi regionda ən aktual problemlərdəndir”.

Administrasiyadan bildiriblər ki, münaqişənin indiyədək nizamlanmaması Azərbaycana qarşı tətbiq olunan ikili standartların nümunəsidir:

“Türkiyə hər zaman bütün sahələrdə, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində Azərbaycanı dəstəkləyib”.




  Yayım tarixi :26 Sentyabr 2019   15:08

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .