XƏBƏR
12:45

  Cüdoçumuz dünya çempionatında ermənini məğlub edərək yarımfinala vəsiqə qazandı

Gündəm

Xəbər lenti

Qazaxıstanın Almatı şəhərində keçirilən yeniyetmə cüdoçuların dünya çempionatında bu gün ikinci günə start verilib.

Agyol.az xəbər verir ki, 60 kq çəki dərəcəsində iki cüdoçumuz mübarizəyə qoşulub.

Kamran Süleymanov braziliyalı, ukraynalı cüdoçuları məğlub etdikdən sonra C səbətinin qalibi olmaq üçün Ermənistan təmsilçisi Styopa Darbinyanla qarşılaşıb. O, qızıl xal hesabında rəqibini ippon fəndi ilə yenib.

Artıq bu idmançımız 1/4 finalda meydan sahibi olan cüdoçunu da yenərək yarımfinala çıxıb. Kamranın finala çıxmaq üçün rəqibi qırğızıstanlı Çingizxan Saqınəliyev olacaq.

Bu çəkidə digər idmançımız Turan Bayramov italiyalı və monqolustanlı rəqiblərini yensə də, qazaxıstanlı cüdoçuya uduzub. O, bürünc medal qazanmaq üçün təsəlliverici yarışda Gürcüstan doğumlu Kipr təmsilçisi Yorqos Balarcişvili ilə qarşılaşacaq.




  Yayım tarixi :26 Sentyabr 2019   12:45

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .