XƏBƏR
12:44

  FIFA oyunçuların icarəyə verilməsinin yeni qaydasını açıqlayıb

Gündəm

Xəbər lenti

FIFA oyunçuların icarəyə verilməsi qaydasını və agentlərin ödənişlərindəki məhdudiyyətləri açıqlayıb.

Agyol.az ın məlumatına görə, FIFA futbolçuların agentlərinə ödənişlərin məhdudlaşdırılmısını tövsiyə edib.

Yeni təkliflərə görə, agentlər oyunçunun transfer məbləğinin 10 faizindən və maaşının üç faizindən çox qazanc əldə edə bilməyəcəklər. Futbolçunu əldə edən klub nümayəndələrinin gəliri isə oyunçunun alacağı məvacibin 3 faizindən çox olmamalıdır.

Həmçinin, 2020/2021-ci il mövsümündən etibarən hər klub ən çox 8 oyunçu icarəyə verə və ya götürə bilər. Məhdudiyyət yalnız müxtəlif çempionatlardan olan klublar arasındakı razılaşmalara görə tətbiq edilir. 2022/2023 mövsümündə oyunçuların sayı 6-ya endiriləcək. Eləcə də 6 futbolçunun 3-ü və daha çoxu eyni kluba keçə bilməyəcək.

Qeyd edək ki, bu tövsiyələr FİFA Şurasının oktyabrın 24-də keçiriləcək iclasında təqdim ediləcək.




  Yayım tarixi :26 Sentyabr 2019   12:44

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .