XƏBƏR
12:32

  Moldova və Türkiyə prezidentləri strateji tərəfdaşlığın perspektivlərini müzakirə ediblər

Gündəm

Xəbər lenti

Moldova Prezidenti İqor Dodon Nyu-Yorka səfəri çərçivəsində Türkiyə Prezident Rəcəp Tayyib Ərdoğanla görüşüb.


Agyol.az. İ.Dodonun rəsmi “Twitter” səhifəsinə istinadla xəbər verir ki, görüşdə 2018-ci ilin oktyabrında iki ölkə arasında imzalanan Strateji Tərəfdaşlığa dair Sazişdə qeyd olunan müddəaların realizə edilməsi müzakirə olunub.

İ.Dodon Moldovaya bütün sahələrdə göstərdiyi dəstək və köməyə görə Türkiyə dövlətinə təşəkkürünü bildirib. Qeyd edib ki, Türkiyə Qaqauziya muxtar ərazisinin inkişafı üçün bir çox layihələri maliyyələşdirir. Həmçinin Moldova Prezident Administrasiyasının təmiri, Komratedə stadionun tikintisində Türkiyə şirkətləri çalışırlar.

Görüşdə, İ.Dodonun ilin sonunda Türkiyəyə rəsmi səfərinin detalları da müzakirə olunub.




  Yayım tarixi :26 Sentyabr 2019   12:32

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .