XƏBƏR
10:04

  “Nargis” Fondunun dəstəyi ilə "Samsung" şirkəti tərəfindən təşkil edilmiş Cinemobile-in Azərbaycan regionlarına olan turu başa çatıb

Gündəm

Xəbər lenti

Agyol.az xəbər verir ki, "Samsung" şirkəti tərəfindən təşkil edilmiş mobil kinoteatrın Azərbaycan bölgələrinə olan səfəri sona çatdı. “Nargis” Fondunun dəstəyi ilə həyata keçirilən bu layihə yeni tədris ili öncəsi gənc tamaşaçıları sevindirdi. Tur çərçivəsində mobil kinoteatr Qazax, Gəncə, Zaqatala,Quba, Sabirabad və Ağdam rayonlarını ziyarət edib. Cinemobile adlanan bu kinoteatr uşaqlara unudulmaz anlar və müsbət emosiyalar yaşadıb. Belə ki, doyunca şənlənən, oynayan və rəqs edən uşaqlar üzümüzə gələn dərs ili üçün bolca güc toplamış olublar.

Qeyd etmək lazımdır ki, səfər zamanı hər bölgədə “səyyar kinoteatr” səbirsizliklə gözlənilirdi. Belə ki, tamaşaçılar kinoseansların keçirilmə məkanlarında qabaqcadan toplaşaraq, hər gəlişi xüsusi hadisəyə çevrilən Cinemobile-i böyük sevinclə qarşılayırdı. Hər seansdan əvvəl seyrçiləri əyləncə proqramı, sonda isə “Zootopia” cizgi filmi gözləyirdi. Cizgi filminin maraqlı süjeti buna misal olaraq, əsl dostluq, yaxınlarımıza dəstək və ən əsası ədalətin qələbəsi kimi həyatımızın əsas dəyərləri ilə tamamlanırdı. Uşaqlar, bir çox fərqli cəhətləri olmaqlarına baxmayaraq, səylərini dostluq naminə birləşdirən personajların sərgüzəştlərini böyük maraqla izləyirdilər.

Kiçik tamaşaçılara təşkil etdikləri bayram üçün "Samsung" və “Nargis” Fonduna dərin minnətdarlığımızı bildiririk, əminik ki, layihə həm böyüklərə, həm də uşaqlara sevinc bəxş edərək unudulmaz anlar yaşatdı.




  Yayım tarixi :26 Sentyabr 2019   10:04

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .