XƏBƏR
14:12

  Siyavuş Novruzov: Sosial şəbəkələrin imkanlarından düzgün istifadə etmirlər

Gündəm

Xəbər lenti

Sosial şəbəkələrin imkanlarından düzgün olmayan şəkildə istifadə edirlər. Orada ara qarışdırmağa cəhd edilir.

Agyol.az ın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər və Qubadlı rayon təşkilatlarının fəalları ilə görüşündə deyib.

S.Novruzov bildirib ki, bu işlərin arxasında bəzi dövlətlər dayanır: “Bu insanların maliyyəçiləri sırasında erməni lobbisi xüsusi yer alır. Xaricdəki mühacir azərbaycanlıların bəziləri Azərbaycanda aparılan işlərə - islahatlara, abadlıq-quruculuq işlərinə kölgə salmağa cəhd edirlər. Onlar yalan məlumatlar yaymaqla məşğuldurlar. Belə olan halda YAP üzvləri aktiv olmalıdırlar. Deyək ki, hansısa paylaşıma şərh yazmırsa belə, məsələn, Heydər Əliyev Mərkəzinin şəklini çəkib paylaşmaqla fayda verə bilər. Göstərsinlər ki, hansı Avropa ölkəsində son 20 ildə Azərbaycandakı qədər işlər görülüb. Azərbaycan və Qazaxıstan istisna olmaqla, post-sovet ölkələrində vəziyyət dəyişməz qalır. Başqa ölkələrin 100 ildə keçə bilmədiyi yolu Azərbaycan qısa müddətdə keçdib”.

YAP icra katibinin müavini vurğulayıb ki, əgər bir ölkədə ictimai-siyasi sabitlik yoxdursa, orada inkişafdan söhbət gedə bilməz: “Azərbaycan sabitlik adasıdır. YAP-ın rayon təşkilatlarnın sədrləri insanlar arasında təbliğat-təşviqat işini gücləndirməlidirlər. Düzgün istiqamət verərək yalan məlumat yayanlarla söhbət aparılmalıdır. Bəzi hallarda YAP üzvlərinin çaşdırılması prosesi həyata keçirilir, onları yoldan çıxarmağa cəhd göstərirlər, yalan fikirlər ortaya atırlar. Bunun qarşısı alınmalıdır".




  Yayım tarixi :25 Sentyabr 2019   14:12

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .