XƏBƏR
10:20

  Ərdoğan BMT-də Qarabağdan danışdı - VİDEO

Gündəm

Xəbər lenti

Dünyanın ədalətli və firavan gələcəyi üçün Cənubi Qafqaz problemli bölgələr sırasından çıxarılmalıdır.

Agyol.az ın məlumatına görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 74-cü sessiyasında belə bəyanatla çıxış edib.

Türkiyə lideri Dağlıq Qarabağ münaqişəsinə diqqət çəkib. O bildirib ki, Azərbaycanın torpaqları olan Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlar hələ də Ermənistanın işğalı altındadır.

O, BMT Təhlükəsizlik Şurasının qətnamələrini xatırladıb və qeyd edib ki, buna baxmayaraq, Azərbaycan torpaqlarının işğal altında saxlanılması qəbuledilməzdir.




  Yayım tarixi :25 Sentyabr 2019   10:20

 








Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .