XƏBƏR
15:49

  Türkiyə ordusu "Pəncə" əməliyyatı çərçivəsində 67 terrorçunu məhv edib

Gündəm

Xəbər lenti

Türkiyə hərbçilərinin İraqın şimalında keçirdiyi "Pəncə" əməliyyatı ilə aşkarladığı mağaralardan birində 3 PKK terrorçusunun cəsədi tapılıb.

 

Agyol.az  xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin "Twitter" səhifəsində qeyd edilib.

 

Bununla da əməliyyatın başlanğıcından məhv edilən terrorçuların sayı 67-ə çatıb. "Pəncə-1" əməliyyatı mayın 27-də İraqın şimalında, Türkiyənin milli müdafiə naziri Hulusi Akarın rəhbərliyi ilə başlayıb.

 

Qeyd edilir ki, iyulun 12-də yerli vaxtla saat 22:00-da İraqın şimalında yeni "Pəncə-2" antiterror əməliyyatı başlayıb. Terrorçular əleyhinə mübarizəyə artilleriya, helikopterlər və pilotsuz uçuş aparatları cəlb edilib.




  Yayım tarixi :15 Iyul 2019   15:49

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .