XƏBƏR
10:29

  Azərbaycan Universiadada beşinci medalını qazanıb

Gündəm

Xəbər lenti

İyulun 12-də İtaliyanın Neapol şəhərində keçirilən XXX Ümumdünya Yay Universiadasında ölkəmizi təmsil edən taekvondoçulardan Patimat Abakarova bürünc medala sahib olub.

 

Agyol.az xəbər verir ki, Azərbaycan Taekvondo Federasiyasından verilən məlumata görə, 53 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız Çin (18:0), Rusiya (11:5) və almaniyalı (5:2) rəqiblərini məğlub edərək yarımfinala vəsiqəni təmin edib.

 

Növbəti koreyalı rəqibi isə keçilməz olub. İdmançımız rəqibinə 1:0 hesabı ilə məğlub olub.

 

Beləliklə, komandamız universiadanı bir bürünc medalla başa vurub.

 

Qeyd edək ki, bu, millimizin Universiadada qazandığı beşinci medal olub.




  Yayım tarixi :13 Iyul 2019   10:29

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .