XƏBƏR
10:27

  İstirahət günlərinin HAVA PROQNOZU açıqlanıb

Gündəm

Xəbər lenti

Böyük və Kiçik Qafqaza bu gün və sabah arabir yağışlı hava şəraiti müşahidə olunacaq.

 

Agyol.az xəbər verir ki, Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturu dağətəyi rayonlarda 30-35, dağlıq rayonlarda 18-23 dərəcə isti təşkil edəcək.

 

Lənkəran-Astara bölgəsində əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq, lakin iyulun 13-də arabir yağış yağacaq. Havanın maksimal temperaturu 30-35 dərəcə isti təşkil edəcək.

 

Aran rayonlarında əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq, lakin iyulun13-də gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Havanın maksimal temperaturu 32-37 dərəcə isti təşkil edəcək.

 

Naxçıvan MR-da əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Havanın maksimal temperaturu 32-37 dərəcə isti təşkil edəcək.

 

Paytaxtda yaxın iki gündə küləkli hava şəraiti müşahidə olunacaq, əsasən yağmursuz keçəcək. Havanın maksimal temperaturu 27-31 dərəcə isti təşkil edəcək.




  Yayım tarixi :13 Iyul 2019   10:27

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .