XƏBƏR
20:06

  Vitse-spiker Bahar Muradova: "ATƏT PA-dakı seçkilərdə ən çox imza Azay Quliyevə verildi. İmza toplama prosesində namizədimizin necə böyük hörmətə malik olduğunu bir daha gördük ".

Gündəm

Xəbər lenti

Vitse-spiker Bahar Muradova: "ATƏT PA-dakı seçkilərdə ən çox imza Azay Quliyevə verildi. İmza toplama prosesində namizədimizin necə böyük hörmətə malik olduğunu bir daha gördük ".


Milli Məclisin növbədənkənar sessiyasının plenar iclasında ATƏT Parlament Assambleyasının Luksemburqda keçirilən 28-ci illik sessiyasında Azərbaycan adına qazanılan uğurlardan danışılıb.

Milli Məclisin sədr müavini Bahar Muradova bildirib ki, bundan əvvəlki 3 il müddətində ATƏT PA çərçivəsində deputat həmkarımız Azay Quliyev çox uğurlu fəaliyyət göstərmişdi. Bundan sonrakı 3 il ərzində yenə də Azay Quliyev vitse-prezident kimi fəaliyyət göstərəcək: “Azərbaycan nümayəndə heyətinin ATƏT PA-da hörməti çoxdur. Biz hətta namizədimiz üçün imza toplamaq istəyəndə namizədimizin necə böyük hörmətə malik olduğunu gördük. Namizəd üçün ən çox səsi bizim nümayəndə topladı – 43. Ən çox imza da Azay Quliyevə məxsus idi – 111 səs”. Deputatlar bu fikirlərə alqışlarla qarşılıq veriblər.




  Yayım tarixi :12 Iyul 2019   20:06

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .