XƏBƏR
20:02

  Prezident İlham Əliyev monteneqrolu həmkarını təbrik edib

Gündəm

Xəbər lenti

Prezident İlham Əliyev Monteneqronun Prezidenti Milo Cukanoviçə təbrik məktubu göndərib.


Təbrikdə deyilir:


"Hörmətli cənab Prezident, Monteneqronun milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.


Ümidvaram ki, Azərbaycan ilə Monteneqro arasındakı dostluq və əməkdaşlıq münasibətləri ardıcıl şəkildə inkişaf edərək xalqlarımızın rifahına bundan sonra da töhfələr verəcəkdir.


Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza daim əmin-amanlıq və firavanlıq arzulayıram".




  Yayım tarixi :12 Iyul 2019   20:02

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .