XƏBƏR
10:12

  Bu gün deputatlar növbədənkənar sessiyada sonuncu dəfə toplaşacaqlar

Gündəm

Xəbər lenti

Bu gün Azərbaycan Milli Məclisinin növbədənkənar sessiyasının sonuncu plenar iclası keçiriləcək.

 

Agyol.az xəbər verir ki, iclasın gündəliyinə 28 məsələ daxildir.

 

Bunlar "Notariat haqqında", "Dövlət rüsumu haqqında", “İşsizlikdən Sığorta Fondunun 2019-cu il büdcəsi haqqında”, "Əmək pensiyaları haqqında", "Məhkəmələr və hakimlər haqqında" və digər qanunlara, eyni zamanda Vergi, İnzibati Xətalar məcəllələrinə dəyişiklik layihələridir. Qanun layihələrinin bir çoxu 2-ci cə 3-cü oxunuşda müzakirə ediləcək.

 

Qeyd edək ki, bu iclasdan sonra deputatlar tətilə çıxacaqlar və avqust ayının 30-dək istirahətdə olacaqlar.




  Yayım tarixi :12 Iyul 2019   10:12

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .