XƏBƏR
09:35

  PSG Neymarın qiymətini aşağı saldı

Gündəm

Xəbər lenti

PSG Neymarın qiymətini aşağı sala bilər.


Agyol.az-ın Fransa mətbuatına istinadən yaydığı xəbərə görə, Paris klubu yolları ayırmağa hazırlaşdığı 27 yaşlı hücumçu üçün hələ rəsmi təklif almayıb. Bu barədə klub rəsmisi Leanardo açıqlamasında bildirmişdi. Əgər transfer pəncərəsinin son həftəsinə kimi braziliyalı oyunçunu almaq istəyən klub olmasa, PSG Neymarın qiymətini 222 milyondan 150 milyon avroya salacaq.


Hazırda oyunçu ilə maraqlanan yeganə klubun Barcelona olduğu qeyd olunur.

Qeyd edək ki, Neymar PSG-nin məşqlərinə qatılmır. Onun Kataloniya təmsilçisinə qayıtmaq istədiyi vurğulanır

 




  Yayım tarixi :12 Iyul 2019   09:35

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .