XƏBƏR
09:38

  Soyuqdəymə virusu xərçəng hüceyrələrini məhv edir

Gündəm

Xəbər lenti

Nazofaringit virusu sidik kisəsinin xərçəngini aradan qaldıra bilir. Belə bir qənaətə Surrey Universitetinin araşdırmaçıları gəlmişdir. Mütəxəssislərin bildirdiyi kimi, 15 xəstənin iştirakıyla aparılmış təcrübə, belə bir yanaşmanın effektiv olduğunu göstərmişdir.

 

Agyol.az xəbər verir ki, alimlərin bildirirlər ki, Britaniyada hər il, 10 min nəfərə sidik kisəsinin xərçəng diaqnozu qoyulur. Mütəxəssislərin dediyinə görə, hal-hazırda müalicə növləri kifayət qədər effektiv deyil. Müalicələrin 50-60% xəsətəliyin geri dönməsi ilə, 10-20% isə xərçəng şişlərinin yayılması ilə nəticələnir.

 

Aparılmış yeni tədqiqat, xərçəng hüceyrələrinin "CVA21" virusa qarşı gücsüz olmasını göstərmişdir. Bu halda virus yalnız xərçəngin hüceyrələrinə hücum edir. Təcrübə zamanı xəstələrin vəziyyəti yaxşılaşmışdır. Xəstələrin birində isə müalicədən sonra şişlər tamamilə yox olmuşdur.




  Yayım tarixi :12 Iyul 2019   09:38

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .