XƏBƏR
20:35

  Azərbaycanın Almaniyadakı Səfirliyinin tabeliyində Mədəniyyət Mərkəzi yaradılır

Gündəm

Xəbər lenti

Prezident İlham Əliyev Azərbaycanın Almaniya Federativ Respublikasındakı Səfirliyinin tabeliyində Mədəniyyət Mərkəzinin yaradılması haqqında Sərəncam imzalayıb.

 

Agyol.az xəbər verir ki, sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyinin tabeliyində Mədəniyyət Mərkəzi yaradılsın.

 

Nazirlər Kabinetinə tapşırılır ki, bu Sərəncamın 1-ci hissəsi ilə yaradılan Mədəniyyət Mərkəzinin fəaliyyətinin təmin edilməsi ilə bağlı zəruri tədbirləri həyata keçirsin.

 




  Yayım tarixi :11 Iyul 2019   20:35

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .