XƏBƏR
16:47

  İlham Əliyev idmançıları təltif etdi - FOTO

Gündəm

Xəbər lenti

Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibəti ilə idmançıları və idman xadimlərini təltif edib. 

 

Agyol.az xəbər verir ki, karateçi Rafael Ağayev, kikboksçu Eduard Məmmədov, taekvondoçu Radik İsayev, paracüdoçular İlham Zəkiyev, Ramil Qasımov, Afaq Sultanova, paraatlet Oluxan Musayev, sərbəst güləşçilər Toğrul Əsgərov və Hacı Əliyev mükafatlandırılıb.

 

Bundan əlavə hazırda karyerasını bitirmiş, başqa vəzifələrdə çalışan şəxslər  Fərid Mansurov (yunan-Roma güləşi), Namiq Abdullayev (sərbəst güləş), Elnur Məmmədli, Nazim Hüseynov (hər ikisi cüdo), Lyudmila Şubina (həndbol), Zemfira Meftahətdinova (atıcılıq), Ceyhun Məmmədov (sambo),  Oleq Panyutin (paraatletika), Natali Pronina (paraüzgüçülük) və Ramin İbrahimova (paracüdo) yubiley medalı verilib.

 

Bundan əlavə  “Qəbələ” klubunun prezidenti Fariz Nəcəfov da Cümhuriyyət medalı ilə təltif edilənlər arasındadır.

 




  Yayım tarixi :11 Iyul 2019   16:47

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .