XƏBƏR
16:32

  Elman Nəsirov: “Avropa İttifaqı Azərbaycana çox etibarlı, strateji tərəfdaş kimi yanaşır”

Gündəm

Xəbər lenti

"Azərbaycan-Avropa İttifaqı münasibətləri dinamik inkişaf tenpinə malikdir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu münasibətlər, qarşılıqlı əlaqələr Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf etdirilib”.

 

Agyol.az xəbər verir ki, bu barədə "Kaspi” qəzetinə açıqlamasında millət vəkili, politoloq Elman Nəsirov bildirib. O qeyd edib ki, Avropa İttifaqı Şurasının Prezidenti Donald Tuskun Bakıya səfəri, burada keçirdiyi görüşlər, səsləndirdiyi fikirlər, öz "Tvitter” səhifəsində məhz Azərbaycan dilində təəssüratlarını çatdırması Avropa İttifaqının Azərbaycana çox etibarlı, strateji tərəfdaş kimi yanaşdığını göstərir: "Donald Tusk Azərbaycan Prezidenti İlham Əliyevə şəxsən bildirdi ki, dövlət başçımızın səyləri, konstruktiv mövqeyi nəticəsində Avropa İttifaqı-Azərbaycan münasibətləri inkişaf edib, indiki səviyyəyə çatdıb. Bununla o, Azərbaycan Prezidentinin Avropa İttifaqı və Azərbaycanın ikitərəfli əlaqələrinin güclənməsində mühüm rol oynadığını dilə gətirib. Bu, olduqca mühüm amil, böyük dəyər və diqqətdir”.

 

Millət vəkili deyib ki, Prezident İlham Əliyevin qətiyyətli mövqeyi, qarşılıqlı münasibətlərə, strateji tərəfdaşlıq əlaqələrinə böyük dəyər verməsi, İttifaqa üzv 32 dövlətdən 9-u ilə strateji tərəfdaşlıq müqaviləsini imzalaması münasibətlərin inkişafına əyani misaldır: "Hazırda Avropa İttifaqı ilə imzalanacaq yeni strateji sənəd üzərində iş gedir. Bu sənədin imzalanması üçün əsas fundamental məsələlərdə razılaşmalar əldə edilib və yaxın perspektivdə onun imzalanması baş tutacaq. Həmin sazişin imzalanması ilə münasibətlərimiz keyfiyyətcə yeni mərhələyə qədəm qoyacaq”.




  Yayım tarixi :11 Iyul 2019   16:32

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .