XƏBƏR
12:41

  Yunanıstanda fövqəladə vəziyyət elan edildi

Gündəm

Xəbər lenti

Yunanıstanın şimalındakı Xalkidiki yarımadasında kəskin hava şəraitinin səbəb olduğu fəsadlarla əlaqədar fövqəladə vəziyyət elan edilib.

 

Agyol.az xəbər verir ki,   bölgədə ötən gecə tüğyan etmiş qasırğa altı nəfərin ölümünə səbəb olub. Bir nəfər itkin düşüb, yüzə yaxın şəxs xəsarət alıb.

 

Qasırğa nəticəsində çox sayda ağac qırılıb, yaşayış evləri dağılıb.

 

Yunanıstan hökumətinin nümayəndələri bölgəyə səfər ediblər. Hazırda qasırğanın fəsadlarının aradan qaldırılması davam edir.




  Yayım tarixi :11 Iyul 2019   12:41

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .