XƏBƏR
12:46

  Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək

Gündəm

Xəbər lenti

2019-cu ilin təqvim-idman planına müvafiq olaraq cari ilin 10-12 iyul tarixlərində stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək.

 

Agyol.az xəbər verir ki,  birincilikdə 2007-ci il təvəllüdlü və daha azyaşlı oğlan və qızlar mübarizə aparacaqlar. Şəxsi-komanda xarakteri daşıyan birincilikdə Azərbaycanın şəhər və rayonlarının yığma komandaları iştirak edəcəklər.

 

Birincilik 10 iyul saat 10.00-da “Şüa” İdman Kompleksində start götürəcək.




  Yayım tarixi :10 Iyul 2019   12:46

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .