XƏBƏR
15:19

  "Torpaqlarımızın işğaldan azad edilməsi və məcburi köçkünlərimizin öz yurd-yuvalarına qayıtması diplomatiyamızın ən başlıca vəzifəsidir"

Gündəm

Xəbər lenti

Agyol.az xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov diplomatik xidmət orqanları rəhbərlərinin VI müşavirəsində deyib.

Nazir bildirib ki, beynəlxalq ictimaiyyət birmənalı şəkildə Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsində onun suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir:

"Ermənistanın işğalçı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılması və münaqişənin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əsasında həll olunması BMT-nin Təhlükəsizlik Şurası və Baş Assambleyasının məlum qətnamələri ilə yanaşı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, NATO və digər beynəlxalq təşkilatların müvafiq qərarlarında da öz əksini tapır. Ermənistanın Azərbaycana qarşı təcavüzünə son qoyulması, torpaqlarımızın işğaldan azad edilməsi və məcburi köçkünlərimizin öz yurd-yuvalarına qayıtması diplomatiyamızın ən başlıca vəzifəsidir".




  Yayım tarixi :09 Iyul 2019   15:19

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .