XƏBƏR
10:25

  Milli Məclis toplaşır - 38 məsələyə baxılacaq

Gündəm

Xəbər lenti

Bu gün Milli Məclisin növbədəkənar sessiyasının növbəti plenar iclası keçiriləcək.

 

Agyol.az xəbər verir ki,  iclasın gündəliyinə 38 məsələ daxildir.

 

Bunlar "Məhkəmələr və hakimlər haqqında", "Dövlət rüsumu haqqında", "Əmək pensiyaları haqqında", "Yol hərəkəti haqqında", “Dövlət satınalmaları haqqında” qanunlara, o cümlədən Cinayət, Cinayət Prosessual, İnzibati Prosessual, İnzibati Xətalar məcəllərinə dəyişiklik layihələridir. Dəyişiklik layihələri 2-ci və 3-cü oxunuşda müzakirə olunacaq.

 

Bundan başqa, deputatlar "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında" qanun layihəsinə də baxacaqlar.




  Yayım tarixi :09 Iyul 2019   10:25

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .