XƏBƏR
10:32

  Həvəskarlar Liqasına yekun vurulub (FOTO)

Gündəm

Xəbər lenti

AFFA-nın, Sahə Futbol Federasiyasının dəstəyi, Həvəskarlar Futbol Federasiyasının təşkilatçılığı ilə keçirilən həvəskarlar Liqasında 2018/2019-cu il mövsümünə yekun vurulub.

 

Agyol.az xəbər verir ki,  “ASK Arena”da keçirilmiş final oyununda Lənkəranın “Liman” və Bakının “Balaxanı” komandaları qarşılaşıb. 4:0 hesabı ilə qələbə qazanan “Liman” ölkə birinciliyinin qalibi olub.

 

Bürünc medallar isə yarımfinal oyunlarında məğlub olmuş paytaxtın “Gənclik” İK və “Mübariz” komandalarına təqdim olunub.

 

Final oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Komandalara medallar və diplomlar, birinciliyin qalibinə isə kubok təqdim olunub.

 




  Yayım tarixi :06 Iyul 2019   10:32

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .