XƏBƏR
10:26

  “Trabzonspor” avrokuboklardan kənarlaşdırıldı

Gündəm

Xəbər lenti

Klublara Maliyyə Nəzarəti üzrə UEFA-nın Məhkəmə Palatası İnstansiyası "Trabzonspor"la bağlı qərarını açıqlayıb.

 

Agyol.az  xəbər verir ki, Türkiyə klubu 20 may 2016-ci ildə imzalanmış sazişin şərtlərini yerinə yetirməyib.

 

Bu səbəbdən Palata "Trabzonspor"un 2020/21 və 2021/22 mövsümlərində avrokuboklarda iştirakına qadağa qoyub.

 

Qeyd olunub ki, cəzanın qüvvədən düşməsi üçün klub 15 oktyabr 2019-cu ilə qədər borcun restrukturlaşdırılması üzrə yeni milli qaydaların tətbiqini həyata keçirməli, maliyyə monitorinqi ilə yanaşı 2019-cu il üçün irəli sürülən maliyyə şərtlərini də yerinə yetirməlidi.




  Yayım tarixi :06 Iyul 2019   10:26

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .