XƏBƏR
21:56

  Azərbaycan dünya kuboku yarışlarında iki şahmatçı ilə təmsil olunacaq

Gündəm

Xəbər lenti
Rusiyanın Xantı-Mansiysk şəhərində keçiriləcək şahmat üzrə dünya kubokunda Azərbaycanı təmsil edəcək zəka ustaları müəyyənləşib.

Agyol.az xəbər verir ki, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) saytına istinadla xəbər verir ki, bu nüfuzlu yarışda Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov mübarizə aparacaqlar. Digər təmsilçimiz Arkadi Naydiç isə ehtiyat oyunçu kimi heyətdə yer alacaq.

Dünya kuboku sentyabrın 9-dan oktyabrın 4-dək davam edəcək. Yarışda 128 şahmatçı mübarizə aparacaq. Turnirdə ən yaxşı nəticə göstərəcək iki qrossmeyster 2020-ci ildə keçiriləcək dünya çempionu titulu uğrunda iddiaçılar turnirinə vəsiqə qazanacaq.




  Yayım tarixi :05 Iyul 2019   21:56

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .