XƏBƏR
15:50

  Belarus prezidentinin sabiq köməkçisinə 12 il həbs cəzası verilib

Gündəm

Xəbər lenti

Belarus Ali məhkəməsi ölkə prezidentinin Qrodno vilayəti üzrə sabiq köməkçisi Sergey Rovneykonu böyük məbləğdə rüşvət almaq ittihamı ilə 12 il həbs cəzasına məhkum edib.

 

Agyol.az xəbər verir ki, Belarus Ali məhkəməsinin saytında yerləşdirilən məlumata əsasən, məhkəmə prosesi qapalı rejimdə keçirilib. Sabiq məmur bütün əmlakı müsadirə olunmaqla, gücləndirilmiş rejimli islah koloniyasında 12 il həbs cəzası çəkəcək.

 

Eyni cinayət işi ilə əlaqədar “Western Technologies” məhdud məsuliyyətli cəmiyyətin baş direktoru və Belarus Boks Federasiyasının sədri Dimitri Tixomolov da iki il azadlıqdan məhrum edilib.

 

Prezident Aleksandr Lukaşenkonun sabiq köməkçisi 2018-ci ilin may ayında 200 min dollar məbləğində rüşvət alarkən tutulmuşdu.




  Yayım tarixi :05 Iyul 2019   15:50

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .