XƏBƏR
13:06

  Bu günə kimi xarici siyasətlə bağlı 1165 qanun qəbul edilib

Gündəm

Xəbər lenti

1993-cü ildən bu günə kimi xarici siyasətlə bağlı 1165 qanun qəbul olunub.

 

Agyol.az xəbər verir ki,  Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının əməkdaşlarının hazırladıqları "Azərbaycan diplomatiyası" adlı elektron resursun təqdimat mərasimi zamanı deyib.

 

H.Hacıyev qeyd edib ki, xarici siyasətlə bağlı Azərbaycan Prezidenti 443 fərman imzalayıb:

 

"Beynəlxalq təşkilatlarla imzalanmış sənədlərin sayı 102-dir. Bunların 27-si son 5 ildə imzalanıb. 19 ölkə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətləri haqqında müxtəlif sənədlər imzalanıb"




  Yayım tarixi :05 Iyul 2019   13:06

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .