XƏBƏR
12:19

  Kaspi Liseyinin şagirdləri böyük uğura imza atıblar - VİDEO

Gündəm

Xəbər lenti


ABŞ-ın Nyu York ştatının Osveqa şəhərində hər il keçirilən 79 ölkə və əlavə olaraq abş-ın 40 əyalətindən 1400-dən çox şagirdin qatıldığı "Genius Olimpiadası"nda Kaspi Liseyinin şagirdləri növbəti böyük bir uğura imza atıblar.

Agyol.az xəbər verir ki, 17-21 iyun tarixlərində keçirilən yarışda şagirdlər bu olimpiadada 3 qızıl və 3 bürünc olmaqla, 6 medal qazanıblar. 6 fərqli kateqoriyada yarışan şagirdlər qızıl, gümüş və bürünc medal uğrunda gərgin mübarizə aparırıblar.

Kaspi liseyi bu yarışda robotika kateqoriyasında 6 nəfərdən ibarət 2 komanda ilə iştirak edib. Olimpiadada vətənimizi uğurla təmsil edən kaspi liseyinin 2 komandasından biri bürünc, digəri isə qızıl medal qazanıb. Amerika Birləşmiş Ştatlarında keçirilmiş "Genius Olimpiadası"nda 10-cu sinif şagirdləri - Əzizağa Hüseynov, Əli Quluzadə və 8-ci sinif şagirdiƏbülfəz Rəsulzadə qızıl medal qazanıblar. 8-ci sinif şagirdləri - Hüseyn Nadirov, Fərhad Süleymanzadəvə 9-cu sinif şagirdi Hüseyn Rəsulzadə isə bürünc medala yiyələnərək, Azərbaycan bayrağını dalğalandırıblar. Bununla da Kaspi Liseyinin beynəlxalq olimpiadalarda əldə etdiyi medalların sayı 100-ə çatıb.

 




  Yayım tarixi :05 Iyul 2019   12:19

 








Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .